22 
May
2020
17:37
49
130
6255
Virtual karabakh

Bakıda polisin təqib etdiyi şəxslə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

22 May, 2020
17:37
6255

Bakıda polisin təqib etdiyi şəxslə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nəsimi rayonu ərazisində polisdən qaçan zaman anidən yola çıxaraq, qəza şəraiti törədən şəxs saxlanılıb.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna verilən cavabda qeyd olunub.

İdarədən bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdən məlumatlıdırlar:

“Nəsimi Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidməti (PPX) və 20-ci Polis Bölməsi əməkdaşları tərəfindən əməliyyat keçirilib. Müvafiq görüntülər polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı oğurluq əməlində şübhəli bilinən, 1983-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Rasim Nəcəfov saxlanılan vaxt çəkilib. 

O, mayın 4-də Nəsimi rayonu ərazisində yerləşən ticarət mərkəzlərindən birindən telefon oğurlamaqda şübhəli bilinir. Şübhəli şəxs ətrafında araşdırmalar davam etdirilir”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri