22 
May
2020
18:04
19
150
4885
Virtual karabakh

Azərbaycanda karantində saxlanılanların sayı açıqlandı

22 May, 2020
18:04
4885

Azərbaycanda karantində saxlanılanların sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda Azərbaycanda 1139 nəfər karantində saxlanılır”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Sədr qeyd edib ki, bu şəxslər Rusiyadan, eləcə də, hava nəqliyyatı ilə digər ölkələrdən gələnlərdir:

“Həftəlik 200-500 nəfəri karantinə qəbul edə bilirik. Nəzərə almaq lazımdır ki, karantin müəssisələrinə tibb işçilərimiz ezam olunur. Ona görə də bu saydan artıq insanı karantinə ala bilmirik”.

İlhamə Əbülət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri