23 
May
2020
12:54
20
193
2725
Virtual karabakh

Güclü külək regionlarda enerji təsərrüfatına ziyan vurub - FOTO/VİDEO

Güclü külək bəzi rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub.

Bu barədə Oxu.Az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəisi Vaqif Aydınoğlu məlumat verib.

O bildirib ki, gecə saatlarında güclü külək Gəncə şəhəri, Şəmkir, Samux, Şəki, Qax, Balakən və Zaqatala rayonlarının ərazilərində evlərə və elektrik enerjisi təsərrüfatına ziyan vurub:

“Adıçəkilən rayonlarda külək evlərin dam örtüklərini və iri gövdəli ağacları elektrik xətlərinin üzərinə aşırıb. Bəzi yaşayış massivlərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranıb. “Azərişıq” ASC-nin qəza xidməti əməkdaşlarının gördüyü tədbirlər nəticəsində həmin bölgələrdə elektrik enerjisinin verilişi tam bərpa edilib. Mövcud hava durumu ilə əlaqədar ərazilərə əlavə material və texnika ayrılıb”.

Xatırladaq ki, Qərb və Şimal-qərb regionlarında 23-25 may tarixlərində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, “Azərişıq” ASC gücləndirilmiş iş rejimində çalışır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri