23 
May
2020
13:55
44
590
11582
Virtual karabakh

Tərtərin icra başçısı: “Peşə Liseyi ilə bağlı göstəriş verməmişəm” - ÖZƏL + VİDEO

23 May, 2020
13:55
11582

Tərtərin icra başçısı: “Peşə Liseyi ilə bağlı göstəriş verməmişəm” - ÖZƏL + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sözügedən Peşə Liseyinin pəncərələrinin mənim göstərişimlə hörülməsi haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Bu barədə Oxu.Az-a eksklüziv olaraq Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov açıqlama verib.

O bildirib ki, 96 saylı Tərtər Peşə Liseyi uzun müddətdir ki, tam istifadəyə yararsız vəziyyətdədir:

“Tərtər Peşə Liseyinin binasında 1993-ci ildən 2018-ci ilə qədər Kəlbəcərdən, Laçından, Ağdamdan olan məcburi köçkünlər yaşayıb. 2018-ci ildə ölkə başçısının tapşırığı ilə Tərtər rayonu, Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün 1176 ailəlik qəsəbə salınıb.

Peşə Liseyində yaşayan məcburi köçkünlər həmin qəsəbəyə köçürülüb. Peşə Liseyinin binası isə Təhsil Nazirliyinin balansına verilib.

Binanın rənglənən və hörülən hissəsi isə sanitar qovşaqların yerləşdiyi pəncərələrdir. Həmin binada bu gün heç bir yaşayış yoxdur, bina tam yararsız vəziyyətdədir. Binada 27 il məcburi köçkünlər yaşayıb və hazırda əsaslı təmir-bərpa işlərinə ehtiyac var.

Bütün bu işlər şəhərdə ictimai yaşayış binalarının təmir-bərpa işləri aparılarkən həyata keçirilib. Məqsəd köhnə görünüşlü binanın şəhərdə xoş olmayan görüntüsünün qarşısını almaqdır. Bəzi saytlarda bunun icra başçısının qərarı ilə həyata keçirildiyi yazılıb. Bu məlumatlar həqiqəti əks etdirmir. Bu istiqamətdə mənim heç bir göstərişim olmayıb”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri