23 
May
2020
21:10
125
104
7193
Virtual karabakh

AZAL: "Sərnişinlərə aviabiletin dəyərində vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur"

23 May, 2020
21:10
7193

AZAL: "Sərnişinlərə aviabiletin dəyərində vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur"

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

COVID-19 infeksiyası pandemiyasının davam etməsi, habelə "Azərbaycan Hava Yolları" və "Buta Airways" aviaşirkətlərinin uçuşlar yerinə yetirdiyi ölkələrin sərhədlərinin bağlanması ilə əlaqədar, 2020-ci ilin 15 iyun tarixinədək (15 iyun daxil olmaqla) uçuş tarixi ilə aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb.

Bu barədə "Azərbaycan Hava Yolları"ndan məlumat verilib.

Məlumata görə, alternativ olaraq, sərnişinlərə aviabiletin dəyərinə bərabər olan vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur.

Pul vəsaitinin qaytarılması aviaşirkətin fəaliyyəti bərpa olunduqdan sonra 60 gün ərzində həyata keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri