24 
May
2020
02:47
24
232
4843
Virtual karabakh

Bakıda idarəetmədən çıxan avtomobil mağazaya çırpılıb - FOTO/VİDEO

24 May, 2020
02:47
4843

Bakıda idarəetmədən çıxan avtomobil mağazaya çırpılıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, qəza 4-cü mikrorayon dairəsində qeydə alınıb. Hüseyn Seyidzadə küçəsində hərəkətdə olan “Nissan” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi səkiyə və yol kənarındakı mebel mağazasının divarına çırpılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobil deformasiyaya uğrayıb. Əraziyə Nəsimi Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri