24 
May
2020
16:30
75
450
11554
Virtual karabakh

Firdovsi Umudov: “5-ci kolon”a xidmət edənlər barəmdə təxribata cəhd edirlər”

24 May, 2020
16:30
11554

Firdovsi Umudov: “5-ci kolon”a xidmət edənlər barəmdə təxribata cəhd edirlər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəzi KİV-lərdə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov haqqında təxribat xarakterli “Həbs olunan DSX polkovnikinə federasiyanın vitse-prezidenti “krışa”lıq edirmiş? – ŞOK TƏFƏRRÜAT” başlıqlı  məqalə yazılıb.

Oxu.Az xəbər verir ki, F.Umudov özü və ailəsi barədə yazılanlara “Facebook” səhifəsində münasibət bildirib.

“Vəzifəsindən asılı olmayaraq, dövlətin qanunlarını pozmağa heç kimin ixtiyarı yoxdur. Mən hər zaman dövlətimə, onun qanunlarına, Heydər Əliyev ideyalarına, Ali Baş Komandanımız cənab İlham Əliyevə sadiq bir vətəndaş və idmançı zabit olaraq qanun qarşısında cavabdehlik daşıyıram. Özüm də daxil olmaqla, kimliyindən və vəzifəsindən asılı olmayaraq, dövlətin qanunlarını pozmağa heç kimin ixtiyarı yoxdur. Hər bir şəxs öz əməllərinə cavabdehdir və bu səbəbdən mən bacımın həyat yoldaşının etdiklərinə görə məsuliyyət daşımıram. Əgər onun etdiklərində cinayət tərkibi varsa və bu sübuta yetiriləcəksə, o zaman cəzasını çəkməlidir”.

F.Umudov barəsində yazılanları qəti şəkildə təkzib edib və ona qarşı bu təxribatların “5-ci kolon”a xidmət edənlərin işi olduğunu deyib:

“Yazı müəllifi jurnalist etikasına uyğun olaraq, mənim də mövqeyimi öyrənməyə borclu olsa da, bunu etməyib. Üstəlik, hər hansı bir sübut olmadan adımı etmədiyim işlərdə hallandırdığı, bununla da ictimai və zabit nüfuzuma zərbə vurduğu üçün məsələnin hüquqi müstəvidə həll ediləcəyinə, bu çirkin iftiraların əsassız olduğunu sübuta yetirəcəyimə kimsənin şübhəsi olmasın. Ölkəmizdə “5-ci kolon”a xidmət edənlər, mahiyyətini, xarakterini təfriqəçilik təşkil edənlər F.Umudovun vətəninə, dövlətinə, bayrağına şərəfli xidmətindən narahtdırlar. 

Belə bir yazının sifarişçilərinin də kim olduğunu kifayət qədər yaxşı bilir və onlara bunu demək istəyirəm: Mən sizdən fərqli olaraq heç zaman əqidəmi dəyişmədim. Belə sifarişli yazılarla mənə zərbə vuracağınızı düşünürsünüzsə, yanılırsınız. Əksinə, bununla siz öz iç üzünüzü bir daha ortaya qoyursunuz. Hamı məni və sizi çox yaxşı tanıyır”.

O, atası barəsində yazılanlara da münasibət bildirib: “F.Umudovun atası sövdələşməyə gedib” deməklə qanunlarımıza həqarət etmiş olunur. Belə şər-böhtan tipli yazılarla Azərbaycanı ictimaiyyətə qanunun işləmədiyi bir ölkə kimi təqdim etməyə səy göstərilir. İllərdir, ən ali səviyyədə Azərbaycanın hüquqi və demokratik ölkə olması dəfələrlə bəyan edilib. Necə olar bilər ki, qanun, hüquq ölkəsində yaşlı bir kişi “sövdələşmə”yə getsin? Atam, babam, hətta ulu babam da əkinçilik və maldarlıqla məşğul olub. Bu gün də atam həmin işlərlə məşğuldur. Sadə, siravi, əməksevər bir kəndlidir. Öz mal-qarası ilə məşğul olan bir adamdır. Bunu Qazaxda yaşayan hər bir kəs bilir".

Qeyd edək ki, Firdovsi Umudov da öz növbəsində dövlət tərəfindən verilən mükafatı xalqı ilə  daim bölüşüb, bölüşür. Koronavirus pandemiyasının tüğyan etdiyi dönəmdə bunun canlı şahidi olduq. O, çoxsaylı imkansız, yoxsul ailəyə qucağında yardım daşıyıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri