25 
May
2020
09:52
13
207
2902
Virtual karabakh

Yardımlıya nişana gedərkən qəzaya düşən qadın xəstəxanada öldü

25 May, 2020
09:52
2902

Yardımlıya nişana gedərkən qəzaya düşən qadın xəstəxanada öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda xəstəxanaya yerləşdirilən 22 yaşlı qadın təxminən iki ay yarımdan sonra ölüb.

APA-nın məlumatına görə, bu ilin martın 7-də Yardımlıya nişan mərasiminə gedən ailənin Masallı rayonunda qəzaya düşməsi nəticəsində ağır bədən xəsarətləri alan 1998-ci il təvəllüdlü Sumqayıt sakini Rəna Mahmudlu xəstəxanada vəfat edib.

Avtoqəzada xəsarət alan R.Mahmudlu həmin gün Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə aparılıb. İki aydan çox orada müalicə alan 22 yaşlı qadın ötən gün Sumqayıta gətirilərək, Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağırlaşan R.Mahmudlunu həkimlər xilas edə bilməyib və o, bu gün xəstəxanada keçinib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri