25 
May
2020
12:46
263
48
6123
Virtual karabakh

Mingəçevirdə maşını ilə 13 nəfəri əzən qadına cinayət işi açıldı

“Ötən gün Mingəçevirdə 13 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası ilə bağlı cinayət işi açılıb”.

Bu barədə Oxu.Az-a Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib.

O qeyd edib ki, baş verən hadisə ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlanılıb:

“Faktla bağlı ekspertizalar təyin edilib”.

Qeyd edək ki, dünən Mingəçevirdə “Opel” markalı minik avtomobilinin qadın sürücüsü maşını kütləyə çırpıb. Nəticədə, 13 nəfər xəsarət alıb, onlardan 10-u uşaq olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri