25 
May
2020
14:07
227
39
2572
Virtual karabakh

Gəncədə avtoxuliqanlıq baha başa gəldi: Sürücülük vəsiqəsi alındı, həbs edildi - VİDEO

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıq şəkildə hörmətsizlik edən sürücü saxlanılaraq, barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, araşdırma zamanı Göygöl rayon sakini, 31 yaşlı Emin Məmmədovun müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etməsi məlum olub.

“VAZ-21075” markalı avtomobili idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxs barəsində Gəncə şəhər BPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə bir il müddətinə sürücülük hüququndan məhrum olan E.Məmmədov 15 gün müddətinə inzibati qaydada həbs edilib. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri