25 
May
2020
14:20
34
165
7086
Virtual karabakh

Məhkum: “Azadlığa çıxanda 36 yaşım olacaq, mən o yaşda nə edəcəyəm?” - VİDEO

25 May, 2020
14:20
7086

Məhkum: “Azadlığa çıxanda 36 yaşım olacaq, mən o yaşda nə edəcəyəm?” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azadlığa çıxanda 36 yaşım olacaq, mən o yaşda nə edəcəyəm? Qapı ustası olsam da, öz qapımı özüm üzümə bağladım. Qapı nə etsin ki, günahkar mən olandan sonra?”

Bunu ARB TV-nin “Rezonans” proqramında Turqay Bədəlov öz həyat hekayəsini danışarkan deyib.

Turqay bildirib ki, atası rəhmətə gedəndən sonra Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndinə köçüblər:

“Usta kimi mebel qapılar düzəldirdim. İşimlə əlaqədar xırdavat satan bir nəfərlə münasibətim yarandı, sonra dost olduq. Bir gün bazardan gəlirdim, əlimdə mişar var idi.

Gəldim dostumun evinə. Mənə ad günü olduğunu deməmişdi. 4-5 nəfərlə birlikdə onun ad gününü evdə qeyd etdik. Gecə təxminən saat 12-1 radələri idi, çıxanda mişarı onlarda unutmuşdum.

Ertəsi gün mişarı götürməyə gəldim. Adi bir şeyin üstündə mübahisə düşdü, söyüş söyməyə başladı. Məni vurmaq istədi. Gördüm ki, əlində bıçaq var. Çəkib bıçağı onun əlindən aldım, bıçaq əlimi kəsdi. Barmaqlarımın bir neçəsinin siniri kəsildi, hələ də hərəkət etdirə bilmirəm.

Bıçağı əlindən alandan sonra ona iki bıçaq vurdum. Öldürmək məqsədilə vurmadım, qapının qarşısında dayanmışdı, vurdum ki, çəkilsin, mən çıxım, qaçım. Mən onu öldürmək üçün vurmadım, düşünmədim ki, ölə bilər”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri