26 
May
2020
10:30
9
380
18909
Virtual karabakh

Azərbaycanda dəhşətli qəza: Beş nəfər öldü, yaralılar var - YENİLƏNİB + FOTO

26 May, 2020
10:30
18909

Azərbaycanda dəhşətli qəza: Beş nəfər öldü, yaralılar var - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyi Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “Saipa” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan dörd nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alan digər bir nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

09:43

Bakı-Şamaxı avtomagistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Müşfiqabad qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, “Saipa” və “Opel” markalı avtomobillər toqquşub. Nəticədə, beş nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, ölənlər “Saipa”nın sürücüsü və sərnişinləri olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri