26 
May
2020
12:28
31
131
2009
Virtual karabakh

Bakıda iki qadın sürücünün maşınları soyuldu - VİDEO

26 May, 2020
12:28
2009

Bakıda iki qadın sürücünün maşınları soyuldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Yasamal rayonu ərazisində iki avtomobilə hücum olub.

Qafqazinfo xəbər verir ki, naməlum şəxs ilk olaraq Mətbuat və Zərdabi prospektlərinin kəsişməsində jurnalist Türkan Məmmədliyə məxsus “Hyundai” markalı avtomobilin pəncərə şüşəsini sındıraraq, içərisində bahalı ləvazimatların olduğu kosmetik çantanı götürüb.

“Salonda idim, maşını da hər zamankı yerdə saxlamışdım. Gəlib pəncərəni sındırıb, maşına zərər vurub. Özü də kamera olan yerdə. Mən anlamıram, insanlar bu qədər azğınlaşıb? Ya onlar Azərbaycan polisindən qorxmurlar ki, düz kameranın altında bu hadisəni törədirlər?” - deyə jurnalist qeyd edib. 

Bir neçə gün əvvəl həmin ərazidə Xəyalə Fərəcovaya məxsus “Lada” markalı avtomobilə hücum olunub. Naməlum şəxs maşından 600 manat pul, bank və sığorta kartları, ev açarını, bahalı ətirləri götürüb.

Videodan görünür ki, sürücü avtomobildən düşən kimi qarətçi maşının pəncərə şüşəsini sındıraraq, oğurluq edir. 

“Maşını bir neçə dəqiqəlik saxlamışdım. Hətta qəza işıqları da yanırdı. Qısa müddətdə belə bir oğurluq etdi”, - deyə xanım sürücü bildirib. 

Eyni gün və eyni saatlarda baş verən oğurluq hadisəsini bir şəxsin törətdiyi ehtimal olunur.

Hadisə yerinə Yasamal RPİ-nin 28-ci polis bölməsinin əməkdaşları cəlb olunub, məsələ ilə bağlı araşdırma aparılır. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri