26 
May
2020
13:33
31
270
2754
Virtual karabakh

Bərdədə mənşəyi məlum olmayan ət aşkar edildi - FOTO

26 May, 2020
13:33
2754

Bərdədə mənşəyi məlum olmayan ət aşkar edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdədə mənşəyi məlum olmayan ət aşkar edilib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

May ayının 26-da RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Tərtər rayon sakini A.Əhmədov idarə etdiyi avtomobillə rayonun Divanlı kəndi ərazisində saxlanılaraq, Polis Şöbəsinə gətirilib.

Onun idarə etdiyi “Mercedes” markalı avtomobilin yük yerinə baxış keçirilən zaman oradan mənşəyi məlum olmayan 70 kq ət aşkar edilərək götürülüb.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri