26 
May
2020
19:20
28
434
5112
Virtual karabakh

Gəncədə usta “KamAZ”ın yük yerinin altında qaldı

26 May, 2020
19:20
5112

Gəncədə usta “KamAZ”ın yük yerinin altında qaldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncədə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini 1990-cı il təvəllüdü Ə.H. “KamAZ”da qaynaq işləri apararkən avtomobilin yük yerinin altında qalıb. Nəticədə usta ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri