27 
May
2020
10:27
172
15
1966
Virtual karabakh

Bakıda avtomobildən oğurluq edən şəxs ələ keçdi

27 May, 2020
10:27
1966

Bakıda avtomobildən oğurluq edən şəxs ələ keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qadının avtomobilindən oğurluq edilib. 

Oxu.Az xəbər verir ki, hadisə mayın 21-i paytaxtın Nərimanov rayonu Azadlıq prospektində qeydə alınıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinə daxil olan məlumat əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində M.Bünyadovaya məxsus “Kia” markalı avtomobildən şüşəni sındırmaqla 200 manat, eləcə də həmin məbləğ dəyərində eynəyi oğurlamaqda şübhəli bilinən 1996-cı il təvəllüdlü A.Xələfov müəyyən olunaraq saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri