27 
May
2020
09:59
11
146
2356
Virtual karabakh

Kürdəmirdə qəzada yaralanan kişinin vəziyyəti orta ağırdır - RƏSMİ

27 May, 2020
09:59
2356

Kürdəmirdə qəzada yaralanan kişinin vəziyyəti orta ağırdır - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmir rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsində bir nəfər xasarət alıb. 

Bu barədə Oxu.Az-a “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva məlumat verib. 

O bildirib ki, baş verən qəza zamanı xəsarət alan şəxsin vəziyyəti orta-ağırdır:

“Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı onda hər iki ətrafının sınığı müşahidə edilib. Vəziyyəti orta ağır olaraq qiymətləndirilib. Vəziyyətinə uyğun olaraq şöbəyə yerləşdirilib”.

Xatırladaq ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. 30 yaşlı Kürdəmir rayon Pirli kənd sakini Məhərrəmov Anar Ağaələsgər oğlu BMW markalı avtomobillə İmişli rayonu istiqamətində hərəkətdə olarkən qəflətən idarəetməni itirib və qəza törədib. 

Bu barədə ilk məlumatı Report yayıb.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri