27 
May
2020
13:09
216
50
2824
Virtual karabakh

Sabah Azərbaycanda hərarət 35 dərəcəyə yüksələcək

27 May, 2020
13:09
2824

Sabah Azərbaycanda hərarət 35 dərəcəyə yüksələcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 25-30, Bakıda gecə 16-18, gündüz  27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 35-45 faiz təşkil edəcək. 

Mayın 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 13-18, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri