27 
May
2020
13:31
258
60
10290
yuxarı
Ucarda iki metrlik gürzə ilanı öldürüldü - FOTO
27 May, 2020
13:31
10290
258
60
Ucarda iki metrlik gürzə ilanı öldürüldü - FOTO
Ucar rayonunun Yuxarı Şilyan kəndinin sakinləri Küdürü adlanan ərazidə böyük gürzə ilanı öldürüblər.
APA-nın xəbərinə görə, ilanın uzunluğu təxminən iki metr olub.
Bildirilir ki, Küdürüdə (quraq ərazi) gürzə ilanlarının bir neçə növü yaşayır. Sovetlər dönəmində bu ərazi ilantutanların sevimli məkanı olub.
Hətta Yuxarı Şilyan kənd sakinlərinin bəziləri xidmət haqqı almaqla, gürzə ilanlarını ovlayırlarmış. Bu, gürzə ilanlarının sayının kəskin artmasının qarşısını alırmış. Lakin sonradan ilançılıq sovxozlarının dağılması vəziyyəti dəyişib. Hazırda ərazidə ilanlarının sayının artdığı bildirilir.
Qeyd edək ki, gürzə ilanları əsasən, dovşan balaları və müxtəlif gəmiricilərlə qidalanır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək