28 
May
2020
11:47
180
21
1797
Virtual karabakh

Keçmiş məhkum bir kiloqram narkotiklə yaxalandı - FOTO

28 May, 2020
11:47
1797

Keçmiş məhkum bir kiloqram narkotiklə yaxalandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt sakinindən bir kiloqramdan çox heroin götürülüb.

Oxu.Az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, 1967-ci il təvəllüdlü Bəhram Əhmədovdan 2,853 qram, əlində olan sellofan torbadan isə bir kiloqram 63 qram heroin aşkar olunaraq götürülüb.

Araşdırma zamanı B.Əhmədovun daha əvvəl Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi, 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddələri ilə məhkum olunub.

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs barəsində araşdırma davam etdirilir.  

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri