29 
May
2020
19:24
70
168
7899
Virtual karabakh

Koronavirusa yoluxanlar üçün açılacaq xəstəxanaların yerləri bilindi - RƏSMİ

29 May, 2020
19:24
7899

Koronavirusa yoluxanlar üçün açılacaq xəstəxanaların yerləri bilindi - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ölkədə koronavirusa yoluxanların müalicəsi üçün 5000-dən çox çarpayı ayrılıb. 2000 çarpayı isə modul tipli xəstəxanalarda olacaq”.

Oxu.Az-ın məlumatına görə, Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, gələn həftədən modul tipli xəstəxanalara xəstə yerləşdirilməsinə başlanılacaq:

“Sumqayıt, Bakı, Gəncə şəhərlərində və Saray qəsəbəsində modul tipli xəstəxanaların açılışı olacaq”.

Sədr əlavə edib ki, ümumilikdə, çarpayı sayı yeddi mindən artıq olacaq:

“Bugünkü xəstə sayına baxdıqda, xəstəxana doluluğu faizi yetərlidir”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri