29 
May
2020
19:32
57
484
20716
Virtual karabakh

Azərbaycanda koronavirusun ikinci dalğası ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

29 May, 2020
19:32
20716

Azərbaycanda koronavirusun ikinci dalğası ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda dünyada pandemiyanın birinci mərhələsi yaşanır”.

Oxu.Az-ın məlumatına görə, Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Sədr qeyd edib ki, qaydalara əməl olunarsa, epidemik ocaqlar sönəcək:

“Birinci dalğa geridə qalacaq. Əksinə olsa, qış aylarında ikinci dalğa təhlükəsi özünü daha ciddi şəkildə büruzə verə bilər. Bu da virusun baş verə biləcək mutasiyalarından asılıdır”.

O əlavə edib ki, son həftələrdə yeddi gündən sonra təkrar pozitiv çıxan halların sayında artım olub:

“Mütəxəssislər düşünür ki, buna mutasiyanın baş verməsi səbəb ola bilər. Ona görə də, mutasiya və ikinci dalğa ilə bağlı məsələlər sual altındadır”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri