30 
May
2020
10:51
144
44
1892
Virtual karabakh

Bakıda binanın zirzəmisinə dolan çirkab suları təmizləndi - FOTO

30 May, 2020
10:51
1892

Bakıda binanın zirzəmisinə dolan çirkab suları təmizləndi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Xətai rayonu, Babək prospekti, 90 ünvanında yerləşən doqquzmərtəbəli binanın zirzəmisinə dolan çirkab suları ilə bağlı məlumat vermişdik.

Oxu.Az xəbər verir ki, problem işıqlandırıldıqdan sonra sözügedən ünvanda qeydə alınan problem öz həllini tapıb.

Vətəndaşın sözlərinə görə, Xətai rayonu üzrə Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən sözügedən ünvana baxış keçirilib.

Qurumun əməkdaşları tərəfindən binanın zirzəmisində partlamış kanalizasiya borularından axan çirkab suları təmizlənib.

Eləcə də, “Azərsu” ASC-nin Xətai Rayon Su-kanal İdarəsi tərəfindən köhnə və partlamış kanalizasiya boruları yeniləri ilə əvəz olunub.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri