30 
May
2020
16:08
143
143
14942
Virtual karabakh

Azərbaycanda vəzifəli şəxsi bıçaqlayan ələ keçdi - YENİLƏNİB + FOTO

30 May, 2020
16:08
14942

Azərbaycanda vəzifəli şəxsi bıçaqlayan ələ keçdi - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərtoxum” MMC-nin direktoru Məzahir Qasımovu bıçaqlayan Orxan Fərəcbəyli saxlanılıb. 

Bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 

14:00

“Azərtoxum” MMC-nin bıçaqlanan direktoru Məzahir Qasımovun vəziyyəti normaldır, hazırda Bərdə Rayon Xəstəxanasında tibbi yardım alır.

Bu barədə Trend-ə “Azərtoxum” MMC-nin direktoru Məzahir Qasımov özü məlumat verib.

Onun sözlərinə görə, hadisə kiçik münaqişə zəminində baş verib, dava edən şəxsləri ayırmaq istəyən zaman bıçaqlanıb:

“Hazırda xəstəxanadayam, vəziyyətim normaldır, kiçik bir məsələdir, narahatlığa əsas yoxdur”.

13:29

Bərdədə bıçaqlanma hadisəsi olub. 

APA-nın məlumatına görə, hadisə rayonun Şərifli kəndində qeydə alınıb.

Rayon sakini Məzahir Qasımov oğlu Şamil Qasımov ilə Orxan Fərəcbəyli arasında baş verən dava-dalaş zamanı onları ayırmaq istəyərkən bıçaqlanıb. O.Fərəcbəyli M.Qasımova üç bıçaq zərbəsi endirib. 

Xəstəxanaya yerləşdirilən M.Qasımovun vəziyyəti ağırdır.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi başlanıb. 

Hadisəni törədən O.Fərəcbəylini saxlamaq hələlik mümkün olmayıb. 

Qeyd edək ki, hadisə zamanı bıçaqlanan M.Qasımov “Azərtoxum” MMC-nin direktorudur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri