30 
May
2020
19:38
72
231
11268
Virtual karabakh

Qərb rayonlarına dolu yağıb - FAKTİKİ HAVA + YENİLƏNİB

30 May, 2020
19:38
11268

Qərb rayonlarına dolu yağıb - FAKTİKİ HAVA + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən mayın 30-da saat 17:36-17:40 radələrində Daşkəsən rayonunda şimşək çaxıb, yağış yağıb, diametri 16 mm olan, saat 18:18-18:28 radələrində isə diametri 13 mm olan dolu düşüb.

Daşkəsən rayonunun Xoşbulaq, Quşçu Bayan, Gurbulaq, Zəyli, Əmirvar, Kəmərli kəndlərinə də dolu yağıb.

16:38

Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Xidmətinin 30 may 2020-ci il saat 16:00-a olan məlumatına əsasən, şimal-qərb küləyi Neftçalada 20 m/s, Tərtərdə 18 m/s, Xaçmazda 16 m/s, Bakı, Sumqayıtda 28 m/s, Qum adasında 26 m/s, Maştağada 25 m/s, Binədə 23 m/s, Çilov adası, Pirallahıda 20 m/s, Zabratda 18 m/s, Neft Daşlarında 22 m/s-dək güclənib. 

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4.5 metrə çatıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri