31 
May
2020
01:28
9
135
2424
Virtual karabakh

Göyçayda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

31 May, 2020
01:28
2424

Göyçayda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 214-cü kilometrliyində, Qarabaqqal kəndi ərazisində qeydə alınıb.

Rayon sakini, 1964-cü il təvəllüdlü Bəşirov Əhməd Salman oğlunun idarə etdiyi “VAZ 2106” markalı və 1944-cü il təvəllüdlü İbadov Fəzail Məhərrəm oğluna məxsus “QAZ 2410” markalı minik avtomobilləri toqquşub. Hadisə zamanı hər iki avtomobilin sürücüsü yüngül xəsarət alıb, “QAZ 2410”un sərnişini Mədinə Həsənova ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri