31 
May
2020
04:27
13
141
2852
Virtual karabakh

Şirvanda qəza: ölən və yaralananlar var - FOTO

Şirvanda mikroavtobus və minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə “Şəhidlər Xiyabanı”nın qarşısında baş verib.

Belə ki, Hacıqabul rayon sakini 1999-cu il təvəllüdlü Yaşar Bəkir oğlu Ağayev idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirərək mikroavtobusla toqquşub.

Hadisə zamanı minik avtomobilinin sərnişini - Hacıqabul rayon sakini, 1998-ci il təvəllüdlü Fərid Azər oğlu İsmayılov aldığı xəsarətdən hadisə yerində ölüb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünün meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Digər sərnişin - Hacıqabul rayon sakini, 1999-cu il təvəllüdlü Maşallah Məhərrəm oğlu Həmidov və sürücü Y.Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayonun Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri