31 
May
2020
02:27
31
131
3087
Virtual karabakh

Azərbaycan-İran sərhədində yanğın olub

31 May, 2020
02:27
3087

Azərbaycan-İran sərhədində yanğın olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biləsuvar rayonunun İran İslam Respublikası ilə sərhədyanı ərazisində yanğın baş verib.

“Report”un məlumatına görə, yanğın iki ölkənin sərhəd zolağı boyunca qeydə alınıb.

Məlumata görə, güclü külək yanğının geniş əraziyə yayılmasına səbəb olub.

Hadisə yerinə Biləsuvar və Zəngilan rayonlarının yanğından mühafizə hissələrinin texnika və canlı qüvvələri cəlb edilib.

Hadisə nəticəsində 10 hektar sahədə kol-kos və biçilməmiş taxıl sahəsi yanıb.

Digər taxıl sahələri yanğından mühafizə olunub və yanğın söndürülüb.

Hazırda dövlət sərhədində baş vermiş yanğının səbəbləri ilə araşdırmalara başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri