31 
May
2020
13:12
12
494
6339
Virtual karabakh

Qusarda hasar azyaşlıların üstünə uçdu: Bir uşaq öldü, yaralılar var - AÇIQLAMA/VİDEO + YENİLƏNİB

31 May, 2020
13:12
6339

Qusarda hasar azyaşlıların üstünə uçdu: Bir uşaq öldü, yaralılar var - AÇIQLAMA/VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Qusarda hasarın aşması nəticəsində yaralanan azyaşlılar barədə açıqlama verib.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Oxu.Az-a bildirib ki, baş verən hadisə zamanı bir azyaşlı ölüb:

“2014-cü il təvəllüdlü azyaşlı qız qarın nahiyəsinin küt travması və 2010-cu il təvəllüdlü oğlan döş qəfəsinin küt travması, pnevma-hematoroksla Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hər iki uşaq əməliyyat olunub”.

R.Əliyeva qeyd edib ki, uşaşqların vəziyyəti stabil-ağırdır.

11:58

Qusarda hasarın aşması nəticəsində faciə baş verib.

Report-un xəbərinə görə, rayonun Cibir kəndində baş verən hadisə zamanı 2012-ci il təvəllüdlü Arif Əlisultanov, 2010-cu il təvəllüdlü Ramal Şeydayev, 2014-cü il təvəllüdlü Gülay Şeydayeva həyətdə oynayarkən həmin sahənin girəcəyində yerləşən, təxminən 9-10 il əvvəl mişar daşı ilə hörülmüş hasar, həmçinin, hasarın tərkib hissəsi olan daş tumbalar və dəmir qapı uçub.

Hadisə nəticəsində A.Əlisultanov açıq kəllə-beyin travması alaraq, hadisə yerində ölüb, digər uşaqlar isə müxtəlif dərəcəli xəsrətlərlə xəstəxanalara yerləşdiriliblər.

Qeyd edək ki, hadisənin baş verdiyi həyət kənd sakini Valəddin Şeydayevə məxsusdur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri