31 
May
2020
11:50
22
547
5711
Virtual karabakh

Siyavuş Novruzovdan sosial şəbəkələrlə bağlı TƏKLİF

31 May, 2020
11:50
5711

Siyavuş Novruzovdan sosial şəbəkələrlə bağlı TƏKLİF

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Uzun illər ABŞ-ın digər ölkələrə səpdiyi toxumlar indi özünə qayıdır”. 

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib. 

O bildirib ki, bəzi qüvvələr Azərbaycanda silahlı üsyana çağırış edənləri, terrorizmə dəstək verənləri, dövlət və hökumət nümayəndələrinə qarşı sui-qəsd təşkil edilməsini tərifləyənləri qəhrəman hesab edirdilər.  

“Halbuki bu, bütün beynəlxalq normalarında cinayət hesab olunur. Çox təəssüf ki, Azərbaycanda sosial şəbəkələrlə bağlı qanun qəbul edilməsini gündəmə gətirəndə, başladılar ki, Azərbaycanda söz, mətbuat azadlığı yoxdur, insanların hüquqları pozulur.

Biz üç il bundan qabaq məsələ qaldırdıq ki, internetdən anonim şəkildə istifadəyə qarşı tədbirlər görülməlidir. Şəxsiyyət vəsiqəsi ilə sosial şəbəkələrdən qeydiyyatdan keçməklə istənilən məsələ haqqında fikir və tənqidlər söyləmək mümkündür.

Bu məsələ indi də aktualdır. O zaman internetin sıxışdırılması ilə bağlı fikirləri irəli sürməyə başladılar”, - deyə S.Novruzov əlavə edib. 

Onun sözlərinə görə, “Human Right Watch”, “Freedom House”, “Soros” fondu ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrə nəzarət edilməsi barədə qərarına bir söz deyə bilmirlər. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri