31 
May
2020
17:00
32
648
7886
Virtual karabakh

Bərdədə heyvan leşləri su kanalına atıldı - RƏSMİ AÇIQLAMA/YENİLƏNİB + VİDEO

31 May, 2020
17:00
7886

Bərdədə heyvan leşləri su kanalına atıldı - RƏSMİ AÇIQLAMA/YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdədə ölmüş heyvan leşlərinin kim tərəfindən əraziyə atıldığı araşdırılır.

Bu barədə Oxu.Az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, sözügedən məsələ ilə bağlı məlumat Agentliyə daxil olduqdan dərhal sonra AQTA əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:

“Hazırda müvafiq qurumlarla birgə hadisənin baş vermə səbəbləri və digər istiqamətlərdə araşdırmalar aparılır. Araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək”.

15:07

Bərdədə ölmüş heyvan leşlərinin kim tərəfindən əraziyə atıldığı araşdırılır.

Bu barədə Oxu.Az-a rayonun Alpoud kənd bələdiyyəsinin sədri Mobil Cəlilov məlumat verib.

O bildirib ki, bir neçə kəndin ərazisindən keçən su kanalına 20-yə yaxın iribuynuzlu cins heyvanın leşi atılıb:

“Hazırda biz həmin ərazidəyik. Baytarlıq idarəsindən, həmçinin rayon üzrə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri də əraziyə gəlib. 20-yə yaxın iribuynuzlu cins heyvanın leşi kəndə gələn su kanalına atılıb. Gecə kimsə maşınla gətirib leşləri kanala töküb. Kənd sakinləri kanalın suyundan istifadə edirlər. Mövcud vəziyyətlə bağlı araşdırma aparılacaq. Eyni zamanda, insanların sağlamlığı üçün zəruri tədbirlərin görülməsi üçün araşdırma aparırıq. Bu vəziyyətdə infeksiyanın kütləvi yayılması hallarının qarşısını almaq üçün zəruri tədbirlər görüləcək”.

14:49

Bərdədə bir neçə kəndin suyundan istifadə etdiyi su kanalına heyvan leşləri atılıb.

Oxu.Az xəbər verir ki, leşlər kanalın Alpoud kəndindən keçən hissəsində aşkarlanıb.

Heyvanların müxtəlif xəstəliklərdən öldüyü ehtimal edilir.

Kənd sakinləri bildirirlər ki, onlar kanalın suyundan suvarmada və mal-qara üçün istifadə edirlər.

Kanal bir neçə kəndin ərazisindən keçir. Leşlərin kanala kimlərin atdığı isə hələlik məlum deyil. 

Qeyd edək ki, leşlər cins heyvanlara aiddir.

Dursun Tağıyeva, Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri