31 
May
2020
15:17
55
134
10427
Virtual karabakh

“Mall”lar açıldı? - RƏSMİ CAVAB

31 May, 2020
15:17
10427

“Mall”lar açıldı? - RƏSMİ CAVAB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti yanında operativ qərargah məhdudiyyətlərin bir qisminin ləğv olunmasının qüvvəyə minmə tarixi ilə bağlı məlumatlara münasibət bildirib.

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Report-a açıqlamasında bildirib ki, bu gündən - 31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi aradan qaldırılıb:

“Bu gündən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 22:00-dək həyata keçirilir. Təbii ki, ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisna olmaqla”.

İ.Məmmədov bildirib ki, bu gündən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması artıq ləğv olunub.

“Ölkəmizin ərazisində iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bu gündən bərpa olunub. Təbii ki, nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla. Eyni zamanda açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilib”, - deyə İ.Məmmədov vurğulayıb.

DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov isə Qafqazinfo-ya bildirib ki, operativ qərargahın elan etdiyi qaydalar bu gündən qüvvəyə minir:

“Artıq kafe və restoranlar bu gün saat 22:00-dək fəaliyyət göstərə bilərlər”. 

Maraqlıdır ki, “Mall”lara da bu gündən icazə verilsə də, bəziləri sabahdan fəaliyyətə başlayacaqlarını açıqlayıblar.

Operativ qərargahın açıqladığı qərarda kafe-restoranların saat 22:00-dək işləməsi, ticarət mərkəzlərinin açılması 31 may saat 00:00-dan etibarən olacağı qeyd olunmuşdu.

Qeyd edək ki, sosial şəbəkələrdə operativ qərargahın məhdudiyyətlərin bir qisminin ləğv olunması ilə bağlı qərarının sabahdan (iyunun 1-dən) qüvvəyə minəcəyi ilə bağlı məlumatlar yayılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri