31 
May
2020
16:57
51
40
1904
Virtual karabakh

“Tələbə Sual Verir” layihəsinə start verildi - VİDEO

31 May, 2020
16:57
1904

“Tələbə Sual Verir” layihəsinə start verildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilmiş karantin rejimi səbəbindən ali təhsil müəssisələrində tədris prosesində tələbələrin üzləşdikləri çətinliklərin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə hökumət tərəfindən bir sıra dəstəkverici tədbirlər görülür. 

Bu tədbirlər sırasında Nazirlər Kabinetinin 19 may tarixli “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” müvafiq qərarı da yer alıb.

Qeyd olunan qərarla bakalavriat və magistratura səviyyələrində imtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları müəyyən edilib. 

Eyni zamanda, müxtəlif ali təhsil müəssisələrinin tələbələrindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına (ATGTİ) daxil olan çoxsaylı sorğu və müraciətləri nəzərə alaraq, ATGTİ "Tələbə Sual Verir" layihəsinə start verib.

Layihə çərçivəsində tələbələrdən daxil olan suallar ümumiləşdirilərək, Təhsil Nazirliyi ilə əlaqələndirmə çərçivəsində cavablandırılır və qısa məlumatlandırıcı videoçarxlar formatında təqdim olunur. 

 
 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri