İyn
2020
11:14
14
34
4251
Virtual karabakh

İmtahan verəcək şagirdlərlə bağlı MÜHÜM AÇIQLAMA

“200 minə yaxın şagird bir ay ərzində imtahanlarda iştirak edəcək”.

Oxu.Az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu, çox mürəkkəb işdir:

“Hər həftəsonu təxminən 45 min abituriyent imtahanlarda iştirak edəcək. Bu prosesə hazırlıq işləri də mürəkkəb oldu. 1500-dən çox orta məktəbə baxış keçirilib”.

Sədr qeyd edib ki, iyun ayı ərzində 190 min abituriyent imtahanlarda iştirak etməlidir:

“11-ci sinif məzunu olan 94 min abituriyent buraxılış imtahanı verir. Eyni zamanda, 96 min doqquzuncu sinif məzunu imtahan verməlidir”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri