İyn
2020
11:21
16
91
5819
Virtual karabakh

DİM sədrindən abituriyentlərə XƏBƏRDARLIQ

1 İyn, 2020
11:21
5819

DİM sədrindən abituriyentlərə XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İmtahana giriş zamanı hər bir insanın temperaturu yoxlanılacaq”.

Oxu.Az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

“Abituriyentlər düşünməsinlər ki, maskada gəlirlərsə, telefon keçirə bilərlər. Bu, mümkün olmayacaq. Çünki hər bir abituriyent yoxlanılacaq. Abituriyentlər müxtəlif vaxtlarda dəvət olunacaq. 40 abituriyentdən sonra digərləri imtahana buraxılacaq. Biz istəməzdik ki, imtahan binalarının qarşısında insanlar toplaşsın. Onlara deyilən vaxtda gəlmələri kifayətdir”, - deyə M.Abbaszadə bildirib. 

Sədr qeyd edib ki, imtahanda iştirak edən şəxs qaydalara riayət etməlidir.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri