İyn
2020
11:44
30
100
6846
Virtual karabakh

İmtahanlarda keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA

1 İyn, 2020
11:44
6846

İmtahanlarda keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Keçid ballarını biz formalaşdırmırıq. Ballar müsabiqə zamanı formalaşır. Müsabiqəyə buraxılma şərtləri Nazirlər Kabinetinin müvafiq sənədi ilə müəyyənləşir və dəyişiklik yoxdur”.

Oxu.Az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Sədr bildirib ki, mart ayından bəri tədris olunmayan mövzular proqramdan çıxarılıb:

“Ötən il IX və XI sinif buraxılış imtahanlarında 24 açıq sual var idi. İndi isə sual sayı 12-dir. Bu da bir növ imtahanın formatını sadələşdirməkdir.

Bundan başqa, hansı sadələşmə və güzəştləri gözləyirsiniz?! Biz başa düşürük ki, çətindir və şagirdlərdə psixoloji gərginlik yaranıb. Amma onlara elan edilib ki, imtahan formatında dəyişiklik olub. Bundan artıq heç nə edə bilmərik”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri