İyn
2020
12:25
41
9
895
Virtual karabakh

Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri artıb

1 İyn, 2020
12:25
895

Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ilin yanvar-aprel aylarında Azexport.az portalına 209,2 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

Oxu.Az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə “İxrac İcmalı”nın 2020-ci ilin may sayı ilə bağlı keçirdiyi canlı yayımda deyib.

Onun sözlərinə görə, cari ilin aprel ayında portala daxil olan ixrac sifarişlərinin dəyəri 61,5 milyon ABŞ dollar təşkil edib və bu göstəricilər ötən ilin müvafiq ayı ilə müqayisədə 20,8 faiz artım deməkdir:

“Bu ilin aprel ayında Azexport.az portalına ən çox ixrac sifarişi pomidor, toyuq yumurtası, badımcan, kartof, qoyun yunu, soğan, pambıq yağı, kələm, bal, göbələk, tütün, şərab, tikinti materialı, meyvə şirəsi, alma, mühərrik yağı, sarımsaq, konservləşdirilmiş tərəvəz, qənnadı məhsulu, metal konstruksiya, yerkökü, çay, buğda unu, uşaq bezi və s. mallara daxil olub.

Məlumat üçün onu da qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2020-ci ilin 30 aprel tarixinə kimi (40 ay ərzində) Azexport.az portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 794 milyon ABŞ dolları təşkil edib”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri