İyn
2020
17:29
54
328
9571
Virtual karabakh

Bakı polisi tələbələrin aksiyası ilə bağlı məlumat yaydı

1 İyn, 2020
17:29
9571

Bakı polisi tələbələrin aksiyası ilə bağlı məlumat yaydı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir qrup şəxs Təhsil Nazirliyinin qarşısında xüsusi karantin rejimi qaydalarına zidd olaraq, müvafiq icra hakimiyyəti ilə razılaşdırmadan aksiya keçirməyə cəhd göstərib. 

Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumatda qeyd olunub ki, əhalinin sıx olduğu ictimai yerdə sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan cəhdin qarşısı ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən alınaraq, aksiyaçıların ərazidən uzaqlaşdırılması təmin olunub.

Ümumilikdə yeddi nəfər saxlanılıb. Onlardan altı nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq protokol tərtib olunub, bir nəfər aksiyanın təşkilatçısı barəsində toplanmış materiallar isə rayon məhkəməsinə göndərilib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri