İyn
2020
10:16
130
37
2019
Virtual karabakh

Bu gün mülki aviasiya işçilərinin peşə bayramıdır

2 İyn, 2020
10:16
2019

Bu gün mülki aviasiya işçilərinin peşə bayramıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Prezidentinin 18 may 2006-cı il tarixli Sərəncamı ilə hər il iyun ayının 2-də mülki aviasiya işçilərinin peşə bayramı qeyd edilir.

Oxu.Az xəbər verir ki, Azərbaycanda ilk aviasiya dəstəsi 1938-ci ildə məhz həmin gün formalaşdırılıb. Bununla da, respublikada mülki aviasiyanın təşəkkülünün əsası qoyulub.

Azərbaycan Prezidentinin 2006-cı il 29 dekabr tarixli 512 nömrəli Fərmanı ilə Dövlət Mülki Aviasiya Administrasiyası yaradılıb. Administrasiya mülki aviasiya sahəsində nəzarəti, dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Hazırda Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Əhməd oğlu Məmmədovdur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri