İyn
2020
14:45
15
160
1774
Virtual karabakh

Bakıda içməli suya sanitar-epidemioloji nəzarət var? - FOTO

2 İyn, 2020
14:45
1774

Bakıda içməli suya sanitar-epidemioloji nəzarət var? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) əhalinin içməli su təchizatı ilə bağlı xəbərdaredici sanitariya nəzarəti istiqamətində tədbirlər həyata keçirir. Ölkə ərazisində içməli su təchizatı sistemlərinin yenidən qurulması ilə əlaqədar hazırlanan layihə sənədləri razılaşdırılmaq üçün RGEM-ə təqdim edilir. Həmin sənədlər qüvvədə olan sanitariya və tikinti normalarına uyğun olaraq yoxlanılır, müvafiq rəy və təkliflər hazırlanır”.

Oxu.Az xəbər verir ki, bunu mərkəzin Kommunal gigiyena bölməsinin müdiri Eldar Abdullayev bildirib.

O bildirib ki, “Azərsu” ASC tərəfindən ehtiyat su anbarlarının yuyulub zərərsizləşdirilməsi razılaşdırılmış metodiki təlimat əsasında ərazi Gigiyena və Epidemiologiya Mərkəzlərinin nəzarəti altında aparılır:

“Bu tədbirlər başa çatdırıldıqdan sonra dövlət sanitariya xidmətinin mütəxəssisləri tərəfindən götürülən su nümunələri RGEM-in laboratoriyalarında müayinə olunur. Müayinənin nəticələri əsasında su anbarlarının istismara hazır olub-olmadığı və suyun dövlət standartlarına uyğun gəlməməsi səbəbləri araşdırılır. Lazım gələrsə, ehtiyat su anbarlarının təkrar yuyulması tələb edilir və sonradan laborator müayinələr təkrarlanır”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri