İyn
2020
04:03
8
104
1648
Virtual karabakh

Göyçayda zəncirvari qəza: Dörd avtomobil toqquşdu, yaralılar var

3 İyn, 2020
04:03
1648

Göyçayda zəncirvari qəza: Dörd avtomobil toqquşdu, yaralılar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçay rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 23 radələrində Göyçay-Ucar yolunun 8-ci kilometrliyində, Xəlitli kəndi ərazisində qeydə alınıb. 

Göyçay sakinləri, 1995-ci il təvəllüdlü Şahin Məmmədovun idarə etdiyi “VAZ 2106”, 1996-cı il təvəllüdlü Aqşin İsmayılovun idarə etdiyi “Wolkswagen Passat”, Nurlan Vəliyevin idarə etdiyi “VAZ 2114”, 1978-ci il təvəllüdlü Seymur Şirinovun idarə etdiyi “Mersedes Sprinter” markalı avtomobillər toqquşub. 

Hadisə zamanı Göyçay şəhər sakini, 1978-ci il təvəllüdlü Ariz İsmayılov, Nurlan Vəliyev və başqa iki nəfər müxtəlif xəsarətlərlə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Digər iki yaralının adı hələlik məlum deyil. 

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri