İyn
2020
11:26
149
33
4290
Virtual karabakh

“İmprotex Motors” şirkəti hibrid və tam elektrik mühərrikli avtomobillərin satışını elan etdi - FOTO

3 İyn, 2020
11:26
4290

“İmprotex Motors” şirkəti hibrid və tam elektrik mühərrikli avtomobillərin satışını elan etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BMW şirkəti ekoloji avtomobillər sahəsində inkişaf etməkdə davam edir. Elektrikləşdirmə avtomobil sənayesinin inkişafının əsas trendlərindən biridir. Elektromobillərə tələbat getdikcə artır, onlar hər il bütün dünyada yeni azarkeşlər əldə edirlər. Avtomobil həvəskarları üçün xoş xəbər “Improtex Motors” şirkətinin “BMW Group” ilə Azərbaycanda hibrid və tam elektrik mühərrikli avtomobillərin təqdim edilməsi haqqında müqavilə bağlamasıdır. Bu isə o deməkdir ki, atmosferi karbon qazı ilə çirkləndirməyən və demək olar ki, səssiz hərəkət edən elektromobillər artıq Azərbaycan bazarına daxil olub. “BMW eDrive” texnologiyasının davamlı inkişafı avtomobilin tamamilə elektriklə işlədiyi halda belə sükan arxasında olmaqdan əsl zövq almağa imkan verir.

Artıq bu gün “Improtex Motors” şirkəti çox gözlənilən “BMW X5 xDrive45e” - tam elektrik rejimində idarə imkanına malik olan yeni hibrid krossoverini təqdim edir.

Tam ötürücülü “BMW X5 xDrive45e” üç litrlik benzin mühərrikli “BMW EfficientDynamics”dən ibarət olan altı silindrli 210 kVt (286 at gücündə), həmçinin 83 kVt (113 at gücündə) “BMW eDrive” elektrik mühərriki ilə təchiz olunub. Ümumilikdə, mühərriklər 290 kVt (394 at gücündə) 600 N/m maksimal fırlanma anına malikdir.  Ən son nəsil “Steptronic 8” pilləli avtomatik ötürmə sistemi və “BMW xDrive” intelektual idarəetmə sistemi sayəsində tork dörd təkərin hamısına ötürülür - həm elektrik enerjisi ilə işləyərkən, həm də daxili yanma mühərriklərindən istifadə edərkən.

Yeni “BMW X5 xDrive45e”nin 100 km/saata qədər sürətlənmə dinamikası 5,6 saniyədir, maksimal sürət isə 235 km/saatdır. Krossover elektrik rejimində 110-135 km/saat sürətlə hərəkət edə bilir. 30 km/saat sürətə qədər elektrik ötürücüsü ilə hərəkət edərkən piyadaların akustik xəbərdarlıq sistemi ilə təchiz edilmiş “BMW X5 xDrive45e” onun yaxınlaşması barədə xəbərdarlıq edən xarakterik səs yayır.

“BMW X5 xDrive45e” akkumulyatorunun ümumi tutumu 24 kVt təşkil edir, batareya 67-87 km səyahət ehtiyatını təmin edir. Akkumulyatorun 3,7 kVt gücündə olan cərəyandan doldurulması 6 saatdan az vaxt tələb edir.

Qarışıq rejimdə yanacaq sərfi 2,1 l/100 km təşkil edir, bu zaman atmosferə 49 q/km karbon qazı atılır.

Yüksək gərginlikli batareya, elektrik mühərriki və güc elektronikası ilə yanaşı, “BMW i” avtomobillərinin yaradılması zamanı istifadə olunan “BMW eDrive” texnologiyasının əsas elementidir. Səkkiz moduldan ibarət, hər birində 12 litium-ion hüceyrə olan yüksək gərginlikli batareyalar Dinqolfinqdəki BMW zavodunda istehsal olunur.

“BMW i3” təkcə dünyanın ən populyar elektrik avtomobillərindən biri deyil, eyni zamanda BMW-nin Avropadakı bütün elektrikli avtomobillərin istehsalı və satışında lider olmasına imkan verən “BMW i”nin əsas modelidir.

Tezliklə BMW həvəskarları ekoloji cəhətdən təmiz və futuristik avtomobili – “BMW i3”ü görə biləcəklər. Tam elektrik və hibrid mühərrikli avtomobilləri A.Salamzadə, 33 ünvanında yerləşən “İmprotex Motors” salonunda (əlaqə: 050-207-17-60 / 050-207-17-80 / 050-207-17-90) və ya Ə.Əlizadə, 5 ünvanında yerləşən “İmprotex Motors Exclusive”də (əlaqə: 050-250-17-70) sifariş edə bilərsiniz.

Qeyd edək ki, BMW Azərbaycanda 4 il (və ya 200 000 km) tam zavod zəmanəti verən yeganə avtomobil brendidir. Əlavə olaraq, “BMW i” markalı avtomobillərin batareyaları üçün 8 il (və ya 100 min km), hibrid avtomobillərinin batareyaları üçün isə 6 il (və ya 100 min km) ayrıca zavod zəmanəti təqdim edilir.

“Improtex Motors” haqqında:

“Improtex” Şirkətlər Qrupunun tərkib hissələrindən biri “Improtex Motors” MMM-dir. Əsas fəaliyyəti premium sinifli avtomobillərlə bağlı olan “Improtex Motors” MMM 1998-ci ildə yaradılaraq, peşəkar və keyfiyyətli işi sayəsində ölkənin avtomobil bazarında ən etibarlı və hörmətli tərəfdaş adını qazanıb. “Improtex Motors” şirkəti BMW, “Rolls-Royce Motor Cars”, “MINI”, “BMW i” və “YAMAHA” brendlərinin rəsmi idxalçısıdır və qeyd edilən brendlərin yeni model sırasını Azərbaycan avtomobil bazarında layiqincə təqdim edir. Hazırda şirkətin yeni avadanlıqlarla təchiz olunan və bütün müasir standartlara tam cavab verən üç sərgi-satış salonu və servis mərkəzi vardır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri