İyn
2020
12:07
21
142
2652
Virtual karabakh

May ayı üzrə 2,3 milyondan çox şəxsə sosial ödənişlər verildi

3 İyn, 2020
12:07
2652

May ayı üzrə 2,3 milyondan çox şəxsə sosial ödənişlər verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayı üzrə ümumilikdə 2,3 milyondan çox şəxsə sosial təminat növləri üzrə ödənişlər həyata keçirilib.

Nazirlikdən verilən məlumata görə, həmin şəxslərdən 1 milyon 268 min nəfərə pensiya, 417 min nəfərə müavinət, 297 min nəfərə təqaüd ödənilib. 

83 min ailə üzrə 350 min şəxsə isə ünvanlı sosial yardım ödənişi edilib. 

May ayında sosial ödəniş alanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz və ya 148 min nəfər çox olub.

Ötən ay pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımların maliyyələşdirilməsinə 474 milyon manat vəsait yönəldilib ki, bu da 2019-cu ilin müvafiq göstəricisinə nisbətən 24,8 faiz və ya 94 milyon manat çoxdur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri