3 
İyn
2020
13:03
417
31
10950
yuxarı
Zakir Qaralovun qardaşına cinayət işi açılıb? - AÇIQLAMA
3 İyn, 2020
13:03
10950
417
31
Zakir Qaralovun qardaşına cinayət işi açılıb? - AÇIQLAMA
Azərbaycanın sabiq Baş prokuroru Zakir Qaralovun qardaşı Tahir Qaralov Gürcüstanda cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı barəsində yayılan məlumatlara münasibət bildirib.
T.Qaralov APA-ya açıqlamasında qeyd edib ki, bu məlumatlar yalandır:
“Mənim barəmdə Gürcüstanda guya cinayət işi başlanılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu məlumatlar sifarişli və qərəzlidir. Həmin yazıda adı çəkilən şəxsi mən ümumiyyətlə tanımıram. Azərbaycan ictimaiyyətini provokasiya xarakterli belə məlumatlara inanmamağa çağırıram”.
Qeyd edək ki, bəzi KİV-də Z.Qaralovun qardaşı T.Qaralov barəsində Gürcüstanda cinayət işi başlanılması barədə məlumatlar yayılıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
18 
Apr
2024
00:36
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - ARAŞDIRMA + VİDEO
3
40
1161
17 
Apr
2024
22:32
Qərbi Azərbaycan Xronikası: Qəmərli niyə Artaşat rayonu adlandırılıb? - VİDEO
9
47
686