İyn
2020
15:53
114
353
6887
Virtual karabakh

Maska taxmayanların cərimələnməsinə başlanıldı - VİDEO

3 İyn, 2020
15:53
6887

Maska taxmayanların cərimələnməsinə başlanıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün paytaxtın müxtəlif yerlərində polis əməkdaşları tərəfindən maska taxmayanlara qarşı reydlər keçirilib.

Baku TV xəbər verir ki, reyd sərnişindaşımanın çox olduğu yerlərdə, avtodayanacaqlarda və digər ictimai yerlərdə maarifləndirmə məqsədilə keçirilsə də, bəzi vətəndaşlar cərimələnib.

Nizami RPİ-nin rəis müavini Müşfiq Aslanov bildirir ki, reydin əsas məqsədi maarifləndirməkdir.

Reyd zamanı cərimələnən vətəndaşların sayı 10 nəfər olub. 

Qeyd edək ki, sanitariya-gigiyena və karantin rejimi dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq qərar ötən gün qəbul olunub. Qanuna əməl etməyən fiziki şəxsləri 50, vəzifəli şəxsləri 100, hüquqi şəxsləri isə 200 manat məbləğində cərimə gözləyir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri