İyn
2020
16:35
31
193
1898
Virtual karabakh

ÜST Azərbaycanın koronavirusla mübarizəsini alqışladı

3 İyn, 2020
16:35
1898

ÜST Azərbaycanın koronavirusla mübarizəsini alqışladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Azərbaycanda yeni növ koronavirusla mübarizənin bütün dövlət qurumlarının koordinasiya olunmuş fəaliyyəti ilə çox yaxşı idarə edildiyini deyib.

“HaberGlobal” məlumat verir ki, H.Harmancı Azərbaycan hökumətinin COVID-19-la mübarizəyə çox tez başladığını, mart ayının əvvəllərindən etibarən sərhədləri bağlayaraq, məhdudiyyətlər tətbiq etdiyini, əhəmiyyətli addımlar atdığını bildirib.

İlkin tədbirlər sayəsində yoluxma sayının çox az olduğunu qeyd edən H.Harmancı hökumətin bu vaxtdan yeni xəstəxanaların tikilməsi və artıq fəaliyyətdə olan tibb müəssisələrinin hazırlanması üçün istifadə etdiyini vurğulayıb.

H.Harmancı ÜST-lə Azərbaycan arasında çox yaxşı əməkdaşlığın olduğunu və ölkənin təşkilata iki dəfə 5 milyon dollar bağışlayaraq COVID-19-la mübarizəyə böyük əhəmiyyət verdiyini qeyd edib.

O bildirib ki, ölkədə hər birində 200 çarpayı olan altı modul tipli xəstəxana yaradılıb, 5 min yataq tutumu 7 minə çatdırılıb:

“Azərbaycanın sürətlə gördüyü işlərdən biri də tibbi ləvazimatların təmin edilməsidir. Hazırda Azərbaycanda fərdi qoruyucu, süni tənəffüs aparatı kimi vasitələrdə çatışmazlıq yoxdur. Depolarda hər şey var. Azərbaycan COVID-19-la bağlı prosesə çox ciddi yanaşdı. Ölkədə bu mənada çox yaxşı işlər görülüb. Operativ qərargah təşkil edilib. Bu, mübarizənin ən yüksək səviyyədə aparıldığını göstərir. Bir çox nazirlik bu operativ qərargahda bir araya gəlib, birgə işləyirlər. Bu, həqiqətən yaxşı yanaşmadır.

COVID-19 xəstəxanalarında ÜST-ün təşəbbüsü ilə aprel ayında başlayan nəzarətlə bağlı əsas bacarıqları gücləndirmək üçün “REACT-C19” adlı layihədən bəhs edən Harmancı bu çərçivədə Türkiyədə işləyən 19 azərbaycanlı həkimin vətənlərinə qayıdaraq, pandemiya ilə mübarizəyə dəstək verdiklərini deyib.

O, həmin həkimlərin ÜST tərəfindən koronavirusla əlaqədar hazırlanan “xəstəxanaya hazırlıq siyahısı” adlı sənəddən istifadə edərək, xəstələrin ağırlıq səviyyəsini təyin etməyə kömək etdiklərini, çatışmazlıqları xəstəxana rəhbərliyinə bildirdiklərini və fəaliyyət planı hazırladıqlarını qeyd edib.

Layihənin yarısının tamamlandığını deyən H.Harmancı həkimlərin təlim keçərək xəstəxanaların işçi gücünün artırmasına töhfə verəcəyini vurğulayıb. O, hökumətin məqsədəuyğun hesab etdiyi təqdirdə layihənin iyundan sonra da davam edə biləcəyini deyib.

Pandemiya səbəbindən tətbiq olunan məhdudiyyətlərin tədricən yumşaldılmasını da qiymətləndirən Harmancı bildirib ki, bu xəstəlik il ərzində bizimlə olacaq: “Həm Azərbaycanda, həm də bütün dünyada məhdudiyyətlər qaldırılmağa başlandıqca, yoluxma sayının artması sürpriz olmamalıdır. Lakin yoluxma sayı artmaya da bilər. Bu, cəmiyyətin nə qədər tədbir görəcəyi ilə əlaqədardır. Əgər insanlar məhdudiyyətlərin aradan qaldırılmasına xəstəliyin olmaması kimi yanaşarsa, xəstə sayının daha da çoxalıb, sürətlə artdığını görəcəyik. İndi məsuliyyət cəmiyyətin üzərinə düşür, çünki dövlət və hökumətlər iqtisadi mənfəət və sağlamlıq baxımından balans yaratmalıdırlar. Bu mərhələdə insanlar mühüm rol oynayır. Ancaq qaydalara əməl edərək, xəstəliklə mübarizə apara bilərik”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri