İyn
2020
19:09
49
601
23892
Virtual karabakh

Azərbaycanda daha beş nəfər koronavirusdan öldü: Rekord yoluxma - RƏSMİ + VİDEO

3 İyn, 2020
19:09
23892

Azərbaycanda daha beş nəfər koronavirusdan öldü: Rekord yoluxma - RƏSMİ + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda koronavirus infeksiyasına 325 yeni yoluxma faktı qeydə alınıb”. 

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. 

O qeyd edib ki, koronavirusdan 1954, 1955, 1956, 1973 və 1978-ci il təvəllüdlü beş nəfər vəfat edib.

Sədrin sözlərinə görə, hazırda 96 nəfər reanimasiyadadır:

“17 nəfər süni nəfəs aparatına qoşulub. Bu gün 5 626 test icra olunub. Ümumilikdə, bu günə qədər 6 260 koronavirusa yoluxma faktı aşkarlanıb.

Xəstələnənlərdən 76-sı vəfat edib, 3 665-i sağalıb. 2 519 nəfər aktiv koronavirus xəstəsi var. Bunun yarıdan çoxu Bakı şəhərinin payına düşür”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri