İyn
2020
00:02
246
52
7040
Virtual karabakh

DSX: “Keşikçidağ”da təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar var - RƏSMİ

4 İyn, 2020
00:02
7040

DSX: “Keşikçidağ”da təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar var - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyun ayının 4-də Azərbaycan - Gürcüstan dövlət sərhədində “Keşik­çidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində bir qrup şəxs tərəfindən dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumat­lar əldə olunub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, əldə olunmuş məlumatlar barədə Gürcüstanın Sərhəd Mühafizəsi rəsmi qaydada məlumatlandırılıb.

“Dövlət Sərhəd Xidməti bununla əlaqədar rəsmi olaraq bildirir ki, dövlət sərhədində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaqdır və bu zaman baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacaqlar”-deyə, məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri