İyn
2020
09:35
64
181
6913
Virtual karabakh

Samuxda anlaqsız vəziyyətdə tapılan kişi ailəsinə təhvil verildi - YENİLƏNİB + FOTO

5 İyn, 2020
09:35
6913

Samuxda anlaqsız vəziyyətdə tapılan kişi ailəsinə təhvil verildi - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Samuxda anlaqsız vəziyyətdə olan kişi ailəsinə təhvil verilib. 

Bununla bağlı Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. 

Bildirilib ki, 1950-ci il təvəllüdlü Haxverdiyev Vidadi Ələkbər oğlu Samux Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən ailə üzvlərinə təhvil verilib. 

Qeyd edilib ki, V.Haxverdiyevin övladı Gəncə şəhərində yaşayır.

4 iyun, 19:15

Samuxda anlaqsız vəziyyətdə olan kişi polislər tərəfindən tapılıb.

Oxu.Az-a bu barədə DİN-in regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Sarıqamış kəndində tapılmış 55-60 yaşlı kişinin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Anlaqsız vəziyyətdə olan kişi özünü təqdim edə bilmir.

Rayon polis şöbəsindən bildiriblər ki, bu şəxsi tanıyan şəxslər ya 102 xidmətinə, ya da Samux rayon polis şöbəsinə məlumat versinlər (Telefon: +994222751105).

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri