İyn
2020
13:03
167
48
4546
Virtual karabakh

Sabah yağış yağacaq

5 İyn, 2020
13:03
4546

Sabah yağış yağacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda iyunun 6-da müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 24-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa qədər yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

İyunun 6-da Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə olacaq.

Tibbi-meteoroloji proqnoza görə, Abşeron yarımadasında arabir güclənən xəzri əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri